Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” AŞKARLANIB – O, həm də nazir müavinin OĞLUDUR

 18-05-2022

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək məbləğdə “əskiyi” çıxıb…

Hesablama Palatası FHN-in Dövlət Yanğın Mühafizə Xidmətində yoxlamaları başa çatdırıb.

Pia.az-ın əldə etdiyi məlumata görə yoxlama nəticəsində Xidmətin maliyyə idarəsinin rəisi daxili xidmət polkovnik leytenantı Elvin Mehdiyevin fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi aşkar edilib. El dilində desək, polkovnik-leytnatın yüksək məbləğdə “əskiyi” çıxıb.

Əldə etdiyimiz məlumata görə Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyeyevin nəvəsi, FHN-də nazir müavini Teymur Mehdiyevin oğlu olan Elvin Mehdiyevin vəziyyəti heç də həsəd aparılacaq durumda deyil. Onun işdən azad olunması qaçınılmaz göründüyü kimi, dəyən ziyanın ödənilməsi baş verməzsə, polkovmik-leytnatın həbs olunması da istisna olunmur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Bənzər yazılar

0.20654797554016