Bakıda avtobus doqquz maşına çırpıldı: Xəsarət alanlar var

 27-03-2023

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb.

Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcıllıqla “Toyota” markalı minik maşını “QAZel”ə çırpılıb. “QAZel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişin avtobusuna ciddi ziyan dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

Bənzər yazılar

0.4454140663147