Gənclərin gender stereotipləri və sosial normalar haqqında məlumatlılığını artırmaq məqsədilə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” adı altında Yardımlı, Astara və Lerik gəncləri üçün “Bərabərlik üçün gənclərlə birlikdə” adlı layihə həyata keçirilib.
Layihə çərçivəsində müxtəlif mövzulara toxunularaq təlimlər, oyunlar, qrup işləri, “enercayzer”lər və digər praktiki sessiyalar təşkil olunub.
18 fevral-12 mart tarixləri aralığında keçirilən təlimlər, hər rayonda iki gün olmaqla baş tutub, ümumilikdə 70-dən çox gənc layihədə iştirak edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd qeyd edilən rayonlarda yaşayan gənclər üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, aktual gender problemlərinin həllinə yönəlik maarifləndirmə kampaniyalarının aparılmasıdır.
Qeyd edək ki, layihə qrant müsabiqənin qalibi olub və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.