Sumqayıtda itlər zəhərlənərək öldürülür? - VİDEO

 27-03-2023

Sumqayıtda itlərin öldürüldüyü iddia edilir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, şəhərin Zülfi Hacıyev küçəsində Heydər Əliyev adına parkın ərazisində it leşi tapılıb.

İddia edilir ki, son günlər bir neçə dəfə bənzər hadisələr baş verib. Belə ki, itlər naməlum şəxs və ya şəxslər tərəfindən zəhərlənərək öldürülür.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır:

“Bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”.

Bənzər yazılar

0.50870680809021