Novruz tətilindən sonra koronavirusa yoluxmada artım gözlənilir?

 27-03-2023

Novruz bayramında müxtəlif şənliklərin keçirilməsi, bölgələrə gediş-gəliş halları çoxalmışdı.

Bütün bunlar ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər?

Məsələ ilə bağlı “Trend”ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda COVID-19 infeksiyası sönməyə doğru gedir.

“Ölkəmizdə virusa yoluxub sağalanları və virusa qarşı peyvəndləməni nəzərə alsaq, bölgələrə gediş-gəliş virusa yoluxanların sayını artırmayacaq.

Rayonlara gediş-gəlişdən başqa da virusa yoluxmanı artıracaq ticarət mərkəzləri, kafelər, restoranlar, məktəblər, universitetlər və bu kimi bir çox məkanlar mövcuddur. Bütün bunlara baxmayaraq, ölkəmizdə koronavirusa yoluxma sayı çox azdır. Ümumiyyətlə ölkəmizdə COVID-19 infeksiyası ilə bağlı vəziyyət stabildir. Xarici ölkələri də götürsək, pandemiyada artım qeydə alınmır”, - deyə V.Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir. Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb.

Bənzər yazılar

0.49132585525513