PSJ və Argentina millisinin hücumçusu Lionel Messi 2023-cü ildə ABŞ-ın “İnter Mayami" klubuna keçəcək.
Bu barədə AS öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, hücumçu həm də komandanın səhmlərinin 35 faizini alacaq.
Mənbə transferin gələn yay baş tutacağını, Messinin növbəti mövsümü hələ PSJ-də keçirəcəyini əlavə edib.
O da vurğulanıb ki, argentinalının gedişindən sonra parislilər “Liverpul”dan misirli hücumçu Məhəmməd Salahı almağı planlaşdırır.