Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olunub

 02-03-2022

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

APA-nın xəbərinə görə, general-mayor Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyində maliyyə strukturlarında xüsusilə külli miqdarda mənimsəmə faktları müəyyən edilib, həbs olunanlar var. Ordu quruculuğuna ziyan vuran şəxslərin əməlləri ictimaiyyətdə ciddi qınaqla qarşılanıb.

Bənzər yazılar

0.49472403526306