Qəbələdə ölümlə nəticələnən qəza baş verib 

 14-03-2023

Qəbələdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndində olub.

Nəticədə kənd sakini 1997-ci il təvəllüdlü Qədirov Orxan hadisə yerində ölüb.

Sürücü hadisə yerindən yayınsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.42693996429443