Şirkətin zirzəmisində xoşagəlməz hadisə: Elektrik hündürlükdən yıxılıb

 14-03-2023

Bakıda elektrik hündürlükdən yıxılıb.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən şirkətlərdən birinin zirzəmisində qeydə alınıb.

Orada elektrik kimi çalışan Yavər Səvrixanov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Bənzər yazılar

0.40748906135559