Goranboyda azyaşlı uşaq binadan yıxıldı

 10-03-2023

Goranboyda üç yaşlı oğlan uşağı binadan yıxılıb.

Teleqraf.com xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4 mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu çoxmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncədəki klinikalardan birinə köçürülüb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bənzər yazılar

0.48941397666931