“Barselona” azlıqda qalib gəlib liderliyini MÖHKƏMLƏNDİRİB – VİDEO

 05-03-2023

İspaniya La Liqasının XXIV turunda “Barselona” “Valensiya”nı qəbul edib.

Milletinsesi.info xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 15-ci dəqiqədə Rafinya vurub. 55-ci dəqiqədə Ferran Torresin penalti qaçırdığı görüşün 59-cu dəqiqəsində Ronald Arauxo “Barsa”nı azlıqda qoyub. Bununla belə, qələbə hesabını qorumaq mümkün olub.

“Barselona” 62 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Real”ı 10 xal üstələyir. Uğursuz mövsüm keçirən “Valensiya” 23 xalla sondan 2-ci – 19-cudur.

Bənzər yazılar

0.4209189414978