Prezident İlham Əliyev Türkiyəyə gedib

 14-05-2022

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.

MillətinSəsi.info xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə Rizə şəhərində Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Daha sonra mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.


Bənzər yazılar

0.46647310256958