Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, "Bona Dea" klinikasına yerləşdirilib.
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Yazıçılar Birliyinin üzvü Salatın Əhmədova həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən danışıb.
"Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Müalicə götürür. Günümüzün bəlasıdır da, nə bilim...
Hələ ki, əməliyyat olmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin", - deyə S.Əhmədova bildirib.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.