Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyət və tələblərin SİYAHISI TƏSDİQLƏNİB

 23-02-2023

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barəsində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, bu Qərarla təsdiq edilmiş “Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın 3-cü və 8-ci hissələrində qeyd edilən məhdudiyyət və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər hissələrdə qeyd edilən məhdudiyyət və xüsusi tələblər isə birbaşa olmaqla Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq edilir.

Bənzər yazılar

0.17873311042786