2021-ci ildə Gəncə rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 146 milyon 955 min 71 manat məbləğində 73 tender keçirilib.
MillətinSəsi.info xəbər verir ki, FED.az-ın məlumatına görə, Gəncə İcra Hakimiyyəti 23 tenderə 119 milyon 410 min 107 manat xərcləyib. Ən böyük tenderin qalibi isə “Rövşən Oğuz Qrup” MMC-dir (9 milyon 400 min manat). Ümumiyyətlə, bu şirkət GRİH-nin böyük məbləğli əksər tenderlərini qazanıb. Belə ki, il ərzində rayonun 23 milyon 750 min manatlıq tenderini həmin şirkət udub.
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi il ərzində 11 tender keçirib və 17 milyon 298 min 10 manat xərcləyib. Ən böyük tenderi isə “Gəncə Körpü Tikinti-2” MMC qazanıb (3 milyon 971 min 349 manat).
MillətinSəsi.info 2021-ci ildə Gəncə rayonunda keçirilən tenderləri təqdim edir: