5 may 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın açılışına sədrlik edən rektor Akif Süleymanov Dövlət Himni səslənərkən ayağa qalxa bilməyib.
Yenipress.az-a daxil olan videodan aydın görünür ki, rektor əlini ürəyinin başına qoyaraq, cani dildən himni ifa etsə də, digərlərindən fərqli olaraq, ayağa durmayıb.
Rektor həmin konfransda şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilərkən də ayağa qalxmayıb. Bu isə onun səhhətində ciddi problem olmasını bir daha təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun səhhətində ciddi problemlərin olduğu və işə 3-4 adamın köməkliyi ilə gəlməsi barədə görüntülər yayılmışdı. Lakin həmin vaxt universitetdən rektorun səhhətində heç bir problemin olmadığı və vaxtlı-vaxtında işə gəldiyi bildirilmişdi.