Prezidentin Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı vəfat etdi

 08-03-2022

Prezidentin Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Mübariz Vəliyev dünyasını dəyişib.

MillətinSəsi.info "Bakupost.az"a istinadən xəbər verir ki, 52 yaşlı polkovnik-leytenat dünən axşam saatlarında ürək tutmasından vəfat edib. Mərhum bu gün dəfn olunub.

Qeyd edək ki, o, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.

Bənzər yazılar

0.34138703346252