Kahramanmaraşda axtarış-xilasetmə işlərinə FHN-in xüsusi təlim keçmiş İTLƏRİ DƏ CƏLB EDİB

 13-02-2023

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itləri də cəlb edib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda təlim görmüş itlər vasitəsi ilə Kuddisi Baba bulvarındakı binaların dağıntıları altında qalmış şəxslərin axtarışlarını aparır.

Ehtimal edilir ki, həmin ərazidə insanlar var.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.

 

Bənzər yazılar

0.43688702583313