Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.
MillətinSəsi.info xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.
Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib. Araşdırmalar davam etdirilir.
Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, qurumun bütün vəzifəli şəxsləri dindirilir: “Bütün vəzifəli şəxslər idarədə dindirilir. Bura bələdiyyələr, icra nümayəndələri, müəssisə və təşkilat rəhbərləri də daxildir. Yoxlamalar əsasən torpaq, tikinti və subsidiya məsələsi ilə bağlıdır. Hazırda bütün bu məsələlərlə bağlı istintaq gedir”.
Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.