Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göndərən azərbaycanlılara təşəkkür edib.
Səfir bununla bağlı “Twittet” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Acınız acımızdır” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun!”.
‘Acınız acımızdır’ deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun! ????????????????❤️???? pic.twitter.com/xHzWd7q13u
— Cahit Bağcı (@cahitbagci) February 11, 2023
Bundan başqa, Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə səfirlik “Twiter”də paylaşım edib.
“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, - tvitdə qeyd olunub.
???? VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ‼️
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) February 11, 2023
ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKMİŞ BÖLGƏLƏRDƏ MƏSKUNLAŞMIŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI TƏXLİYƏ ÜÇÜN +90 535 577 61 68 NÖMRƏLİ QAYNAR XƏTT VASİTƏSİLƏ SƏFİRLİKLƏ ƏLAQƏ SAXLAYA BİLƏRLƏR.
TƏXLİYƏ YALNIZ ZƏLZƏLƏ BÖLGƏSİNƏ AİDDİR!