Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər YARALANIB - Rəcəb Tayyib Ərdoğandan AÇIQLAMA

 06-02-2023

“Zəlzələ 7, 7 bal gücündə baş verib, dərinliyi 7 km olub”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə Edilməsi Agentliyində (AFAD) keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.

Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.

Ölkə başçısı ölü və yaralı sayının artacağını istisna etməyib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay isə açıqlamasında vilayətlərdəki dağıntılar və itkilər barədə də məlumat verib:

“Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var, 1710 bina dağılıb.

Hatayda 4 ölü, 7 yaralı var. 200 bina dağılıb.
Osmaniyedə 20 itki, 200 yaralı var, 83 bina dağıldı.
Adıyamanda 13 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Diyarbəkirdə 14, Urfada isə 18 itkimiz var.
Antepdə 80 itki və 580 dağılmış binamız var.
Kilisdə 80 itkimiz var.
Adanada 10 nəfər itkin düşüb, 118 nəfər yaralanıb.
Malatyada 47 itki, 550 yaralı var.
Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var. 1710 bina dağıdılıb”.

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniye vilayətlərində də hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 04:17-də (Bakı vaxtı ilə 05:17) qeydə alınıb, dərinliyi 7 kilometr olub.


Təbii fəlakətin Misir, Livan, Suriya və İraqda da güclü hiss olunduğu bildirilir.

Bənzər yazılar

0.24879312515259