Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibə təqdim edib.
Ənənəvi cümə podkastının budəfəki qonağı qısa zamanda məşhurlaşan “Instagram” və “TikTok” bloqeri “Sheemamoto”dur (Elxan Xələfov).
Həmid Həmidovla söhbəti zamanı gənc bloqer ləqəbinin mənası, hayterlər, ac bloqerlər, marketinq, ailə münasibətləri, müəllimlərdən incikliyi, kontendə senzurasız ifadələr, yumor, “Bakılı oğlanlar” və s. məsələlərə toxunub.
O, həmçinin qazancından, daimi işi, xəyalındakı məbləğ, media şəxsiyyəti və lovğalıqdan danışıb, istər izləyici qazanmaq, istərsə də komfort cəhətdən hədəflərinin yüksək olduğunu deyərək, bu mənada özünü “görməmiş” adlandırıb.
Ətraflı videoda: