“Tehranla İrəvan qardaşlaşıb”.
Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, ötən gün baş verən dəhşətli hadisə bəzi suallar yaradır: “Bəzi suallar var ki, cavab vermək çətindir. İkinci Qarabağ müharibəsindən iki il keçib. Tehranla İrəvan qardaşlaşıblar. Ötən gün dəhşətli hadisə baş verib”.
E.Əzizov qeyd edib ki, şəhid statusunun ilə bağlı rəsmi cavab veriləcək: “Vaxt lazımdır. Araşdırma aparılır. Cəmi bir sutka keçib. Rəsmi şəkildə aydınlıq gətiriləcək”.
Nəzrin Vahid