Kəmaləddin Heydərovdan Bakı Regional Mərkəzinə MÜVƏQQƏTİ TƏYİNAT

 28-01-2023

Bakı Regional Mərkəzinə müvəqqəti rəis müavini təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun tapşırığı ilə bu vəzifəyə müvəqqəti olaraq polkovnik-leytenant Rəşad Quliyev gətirilib. 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Vüqar Ağayev vəzifəsindən azad olunaraq, Muğan Regional Mərkəzinin rəisi təyin edilib. Ondan əvvəl Muğan Regional Mərkəzinin rəisi Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov idi.

Bənzər yazılar

0.23706316947937