Azərbaycan Gömrük Komitəsininin ölkənin gömrük-buraxılış məntəqələrində yaratdığı süni tıxac problemi barədə çoxsaylı şikayətlər olmasına baxmayaraq, heç bir tədbir görülmür.
Azərbaycan gömrüyün süni şəkildə yaradığı problemlər, rüşvət tələbi barədə hətta TIR sürücülərinin aksiyaları belə nəticəsiz qalıb.
Dünən Azərbaycan Gürcüstan sərhədində yaranmış acınacaqlı mənzərənin görüntüləri Gununsesi.info-ya təqdim edən sürücülər problemin ictimailəşməsini xahiş edib.
Bildirilir ki, gömrükdə yaradılan süni tıxac səbəbindən Gürcüstana keçmək istəyən yük maşınlarının Zaqatalaya qədər karvanı yaranıb.
Qeyd edək ki, hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışını şəxsən edib.
Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsi müasir standartlar səviyyəsində tikilsə də fəaliyyəti göz önündədir.