MÜNHENDƏ CASUS SAXLANILIB: Məxfi məlumatlar Rusiya xüsusi xidmət orqanlarına ÖTÜRÜLÜB

 26-01-2023

Almaniya polisi vətənə xəyanətdə və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxsi həbs edib.

Almaniya vətəndaşı olan həmin adam Münhen hava limanında saxlanılıb.

Bu barədə Almaniya Baş Prokurorluğunun dərc etdiyi məlumatda bildirilib.  

Saxlanılan Artur E. adlı şəxsin ötən ilin dekabrında oxşar ittihamla həbs olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı Karsten L. ilə əlbir olduğu iddia edilir.

İttiham tərəfinin iddiasına görə, Karsten L. ona məxfi məlumatlar ötürüb.

“Artur E. isə bu məlumatları Rusiyaya çatdırıb və orada xüsusi xidmət orqanlarına təhvil verib”, - deyə Almaniya Baş Prokurorluğunun bəyanatında qeyd edilib.

Həmçinin bildirilib ki, Artur E. Federal Kəşfiyyat Xidmətinin əməkdaşı deyil. O, ABŞ-dən gələn aviareysdə saxlanılıb.

İstintaq ABŞ Federal Təhqiqatlar Bürosunun dəstəyi ilə aparılıb.

Mənbə: TASS

Bənzər yazılar

0.419184923172