İranda iki sünni din xadimi HƏBS EDİLİB

 26-01-2023

Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində iki sünni din xadimi həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Yunis Noxah və Seyid Süleyman Əhmədi adlı din xadimləri təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıblar. Onların həbs səbəbləri və nədə ittiham olunduqları barədə açıqlama verilməyib.

Xatırladaq ki, İran əhalisinin təxminən 10 faizi sünni məzhəbli müsəlmanlardır və onlar bütün sahələrdə Tehran hökumətinin ayrı-seçkiliyi ilə üzləşirlər.

 

 

Bənzər yazılar

0.43011999130249