Seymur Talıbov və Röya Ayxan BDU-ya NECƏ QƏBUL OLUBLAR? - ŞOK İDDİA

 26-01-2023

Dövlət İmtahan Mərkəzi Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun və müğənni Röya Ayxanın qeyri-qanuni universitetə qəbul olunmaları ilə bağlı yayılan məsələlərə münasibət bildirib.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd (attestat) almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:

“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edib, ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Qeyd edim ki, həmin il keçid balı 419 bal olub”.

Qurumdan Röya Ayxan ilə bağlı məsələ cavablandırılmayıb. Əlavə olaraq bildirək ki, R.Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan Seymur Talıbov işdən çıxarılıb.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

Bənzər yazılar

0.32144594192505