Şəkidə arvadını bıçaqlayan ər daha sonra ÖZÜNƏ XƏSARƏT YETİRİB

 25-01-2023

Şəkidə bıçaqlanma hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ailə münaqişəsi zəmnində ər və arvad bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ərin üzərində cərrahi əməliyyat aparılıb.

Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb.

Şəkidə bıçaqlanma hadisənin bəzi təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və arvadı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı X.Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cüzi xəsarət yetirib.

Daha sonra isə özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbsində araşdırma aparılır.

Bənzər yazılar

0.440505027771