Naxçıvanda yeni komitə sədri TƏYİN EDİLİB

 25-01-2023

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub.

APA.az xəbər verir ki, məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, İlqar Hacıbala oğlu Sadiqov Dövlət Komitəsinə sədr təyin edilib.

Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün İ.Sadiqovu kollektivə təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İ.Sadiqov bu təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı 

İlqar Sadıqov əslən Naxçıvandan olsa da, 1965-ci il sentyabrın 25-də Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra İqtisadiyyat Universitetinə daxil olub və oranı yüksək nəticə ilə başa vurub.

Onu tanıyanlar bildirir ki, İ.Sadıqov kifayət qədər savadlı və təcrübəli kadrdır.

Qeyd edilir ki, o, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb və bu müddətdə xeyli faydalı işlər görüb.

Məlumat üçün bildirək ki, İ.Sadıqov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Hacıbala Sadıqovun oğludur.

H.Sadıqov “Şərəf nişanı” ordeni, Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, SSRİ Ədliyyə Nazirliyinin Döş nişanı ilə təltif olunub. 1991-ci ildə Hacıbala Sadıqov ədliyyə sistemində uzun müddətli qüsursuz fəaliyyətinə görə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

Bənzər yazılar

0.43387818336487