Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işdən çıxıb.
Bu barədə Fariz Cəfərov özü məlumat yayıb.
O bildirib ki, dövlət və özəl təşkilatlara konsultasiya xidmətləri göstərməyə davam edəcək, həmçinin universitetdə dərs deyəcək.
Qeyd edək ki, Fariz Cəfərov 2004-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili alıb.
O, 2008-2010-cu illərdə İngiltərənin Vebster Universitetində (Webster Graduate School London) MBA (Biznesin təşkili və idarəedilməsi) üzrə magistr dərəcəsi əldə edib.
Fariz Cəfərov həmçinin, 2012-2013-cü illərdə Corc Vaşinqton Universitetinin Layihə idareətməsi üzrə magistr təhsilini də alıb.
2011-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji İdarəetmə Departementində strateji idarəetmə üzrə mütəxəssis vəzifəsində işləyən F. Cəfərov, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri vəzifəsində çalışıb.
F. Cəfərov 2014-cü ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini-Strateji araşdırmalar sektorunun müdiri vəzifəsi icra edib.
Mərkəz rəhbəri 2017-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri olub.