Müdafiə Nazirliyi Laçında döyüşə hazırolma vəziyyəti müzakirə olunub

 01-05-2022

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə geniş məruzələrlə çıxış ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.

Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.

Bənzər yazılar

0.20796298980713