“Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi olan “SOCAR Energy Ukraine” fövqəladə şəraitlə əlaqədar bu ölkədəki bütün yanacaqdoldurma məntəqələrinə enerji danışmasını həyata keçirməkdə çətinlik çəkir”.
MillətinSəsi.info xəbər verir ki, bu barədə şirkətin rəsmi sosial media hesabında məlumat verilib.
Bildirilib ki, şirkət göstərdiyi xidməti həmişəki kimi davam etdirməkdə maraqlı olsa da, lakin yaranmış fövqəladə şərait buna imkan verir.
Mövcud keçid vasitəsilə SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinin xəritəsi və onların iş qrafiki barədə məlumat verilib.
Ödəniş sistemlərinin stabil olması şərti ilə yanacaqdoldurma məntəqələrində həm nağd, həm də bank kartı ilə ödəniş edilə biləcək.
Qeyd edilib ki, bəzi yanacaqdoldurma məntəqələri yalnız təcili yardım və fövqəladə hallar üzrə dövlət xidmətinin maşınlarına xidmət göstərir.