Qazi dərmanla TƏMİN OLUNMUR? - VİDEO

 20-01-2023

Sosial şəbəkələrdə yayımlanan Vətən Müharibəsi əlili İsmayılov Natiq Elşad oğlunun müalicəsi ilə əlaqədar dərmanla təmin olunmaması ilə bağlı açıqlama verilib.

“YAŞAT” Fondundan Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən Müharibəsi əlili İsmayılov Natiq Elşad oğluna Fond tərəfindən məişət şəraitinin yaxşılaşdırılması və müalicə xərclərinin ödənilməsi üzrə dəstək göstərilib.

“Şəxsin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən 8 fevral 2021-ci il tarixində 2 500 AZN, 18 oktyabr 2021-ci il tarixində isə 2 500 AZN olmaqla, ümumilikdə 5 000 AZN vəsait köçürülüb.

Şəxs Fond tərəfindən ümumilikdə 99,60 AZN məbləğində dərman vasitələri ilə təmin edilib. Bu günə kimi təhsil, məişət, istehlak kreditlərinin ödənilməsi, ölkə daxilində və xaricində müalicələr üzrə 32 161 müraciət təmin edilib, 4 879 müraciət isə hazırda icra üçün öhdəlikdədir.

Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə sıralanır. Fondun vəsaiti isə könüllü ianələr əsasında formalaşdırılır. Hazırda ianələrin azalması səbəbi ilə Fondun büdcəsində edilən bütün müraciətləri təmin etməyə kifayət edə biləcək qədər vəsait yoxdur. Bu səbədən müraciətlərə baxılması zamanı müraciətlərin sayı və Fondun büdcəsindəki vəsait nəzərə alınır.

Fondun fəaliyyəti zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi ilə görülən işlər barədə mütəmadi olaraq, gündəlik yenilənməklə yashat.gov.az platforması üzərindən onlayn rejimdə hesabatlar təqdim olunur. 

Sözügedən hesabatlarla saytın “Hesabatlar” bölməsinin “Adlı siyahı” hissəsindən (https://yashat.gov.az/report/tableau) tanış olmaq mümkündür”, - deyə məlumatda qeyd olunub.

 

Bənzər yazılar

0.35790991783142