Mustafa Şəntop 20 Yanvar şəhidlərini YAD EDİB

 20-01-2023

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycana başsağlığı verib.

Şəntop bu barədə “Twitter” hesabında paylaşım edib.

“Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvardan 33 il keçir...

Əsarətə və işğala məhkum edilməyə çalışılan qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhadətə yüksələn 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm.

Uca Allah bir daha belə dərdlər göstərməsin”, - deyə o, paylaşımında qeyd edib.

Bənzər yazılar

0.30880212783813