Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanada əməliyyat olunub.
Bu barədə onun mətbuat katibi Aydos Ukibay bildirib:
“Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib.
Birinci prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. Hazırda müşahidə altındadır”.
Qeyd edək ki, Nazarbayevin 82 yaşı var.
Mənbə: knows.kg