Hazırda 9 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və nazirliyin Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev əfv olunmaq istəyir.
MillətinSəsi.info-nun məlumatına görə, bu barədə Gununsesi.info-ya daxil olan xəbərdə deyilir ki, hər iki şəxs Prezident İlham Əliyevə əfv ərizəsi ilə müraciət edib.
Əfv ərizəsində hər iki şəxs törətdiyi əməllərindən peşimançılıq hissi keçirdiklərini, çəkdikləri cəzanın nəzərə alınmasını və azadlığa buraxılmalarını xahiş ediblər.
Qeyd edək ki, hər iki şəxs sabiq MTN rəhbəri Eldar Mahmudovun nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstənin əsas simalarından olub.
Məhkəmə çıxışında Elçin Quliyev sabiq nazirin əleyhinə ifadə versə də ancaq Eldar Mahmudov məsuliyyətə cəlb olunmadı.
Həbsdəki MTN generalları İlham Əliyevdən əfv diləyir
28-04-2022