Nikolay Paşinyanın korteji hamilə qadını vuraraq öldürüb - ANBAAN VİDEO

 28-04-2022

Aprelin 26-da İrəvanda Leo və Paronyan küçələrinin kəsişməsində baş nazir Nikol Paşinyanın kortejindəki müşayiət maşınlarından biri hamilə qadın, 29 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan məlumat verib.

T. Çaxoyanın sözlərinə görə, toqquşma zamanı baş nazirin maşını hadisə yerindən təxminən 100-150 metr aralıda olub: “Toqquşma anı onun avtomobilindən görünmürdü. Baş nazirin maşını hadisədən bir neçə saniyə sonra hadisə yerindən keçib”.

Onun sözlərinə görə, qadını görən baş nazir təcili yardım çağırıb nə baş verdiyini öyrənməyi tapşırıb: “Baş nazir Milli Məclisə gələn kimi yoldakı hadisə barədə məlumatlandırılıb, bundan sonra o, səhiyyə nazirinə və hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verib”.

O vurğulayıb ki, qadını vuran avtomobil dayansaydı, bütün karvan hərəkətini dayandıraraq əlavə tıxaclar yaradacaq və təcili yardımın hadisə yerinə çatmasına mane olacaqdı. Çaxoyan əlavə edib ki, dövlət başçılarının karvanını müşayiət edən nəqliyyat vasitələrinin qəza baş verdikdə belə, planlaşdırılmamış yerdə dayanmaq hüququ yoxdur.

Çaxoyan əlavə edib ki, Nikol Paşinyan mərhumun atası Sona Mnatsakanyana zəng edərək başsağlığı verib. O, obyektiv araşdırma aparılacağına əmin edib. İstintaq bildirib ki, qızı vuran avtomobilin sürücüsü kortecdəki zabit dəstəsinin komandiri olub. O, saxlanılıb.

Hadisə baş verən gün yerli sakinlər faciə yerinə gül və şam gətiriblər. Hökümət binalarının yaxınlığında aksiya keçirilib və bu aksiyada ən çox səsləndirilən şüar “ayıb olsun” olub.

Sona Mnatsakanyan “Support Our Heroes - Armenia”da işləyib. O, təşkilatın təsisçilərindən biri, Qarabağdakı “Wings IT Center”in proqram meneceri olub.

Bənzər yazılar

0.21059584617615