Dövlət sərhədini pozmağa çalışan 2 NƏFƏR SAXLANILIB

 11-01-2023

Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri - 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.

İlkin dindirilmə zamanı həmin şəxslər İran İslam Respublikasından narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Bənzər yazılar

0.43434000015259