Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Türkədi kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Milletinsesi.info-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində avtomobilin yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılması təmin edilib.