Şuşada yollar qardan TƏMİZLƏNİB, avtomobillərin hərəkəti TAM BƏRPA OLUNUB - FOTO/VİDEO

 08-01-2023

Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

“Report” xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.

Bənzər yazılar

0.29580903053284