Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət SXEMİ DƏYİŞDİRİLİB

 08-01-2023

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

Bənzər yazılar

0.22455406188965