İSTANBULDA AĞIR QƏZA: Tramvayların hərəkəti DAYANDIRILIB- VİDEO

 06-01-2023

Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.

Tramvay minik avtomobili ilə toqquşub. Nəticədə sürücü avtomobilin içərisində ilişib qalıb. Yanğınsöndürənlər tərəfindən xilas edilən sürücü xəstəxanaya çatdırılıb.

Zeytinburnu-Topkapı istiqamətində tramvayların hərəkəti dayandırılıb.

Mənbə: İHA

Bənzər yazılar

0.1557948589325