Qadınlarımız internet üzərindən yumurtalıqlarını necə satırlar? – Daha bir CİNAYƏTİN izi ilə - FOTOFAKT

 25-04-2022

Sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlik təkliflər irəli sürülür. Pula ehtiyacı olan qadınlara 500 manat müqabilində folekul donor olmaq və öz yumurta hüceyrələrini tanımadıqları şəxslərə satmaları təklif edilir.

Hansı ki, bu yumurta hüceyrələr daha sonra müxtəlif süni mayalanma həyata keçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat baha qiymətə satılır.

Ekspertlər sözügedən təklifin insan alveri olduğunu hesab edərək, bu fəaliyyətdə itirak edən hər kəsin məsuliyyət daşıdığını bəyan edirlər. 

“Facebook”un “Donor Ol Ödənişli” səhifəsində yer alan bu tip açıq elanlara təssüf ki, qoşulan qadınların sayı da çoxdur. Araşdırmalara görə bu səhifələri işlədənlərin çoxu həkim asistentləridir. Halbuki orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Bundan əlavə bu tip donorluq gələcəkdə ağır fəsadlara yol aça bilər. Qohum, bacı-qardaş, eləcə də oxşar genlərin evliliyi baş verə bilər ki, bu da faciə deməkdir. 

Azərbaycanda folekul donorluğu ilə  bağlı qanun yoxdur. Məsələn Gürcüstanda sözügedən prosedura qanunla icazə verilir. Türkiyədə yumurta hüceyrəsinin satışı  isə qadağandır. İranda və digər İslam ölklələrində də bu qaydanın tədbiqi yolverilməz hesab edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə araşdırmalara başlanıldığı bildirilib.

Mənbə bizim.media

fakt

Bənzər yazılar

0.22560501098633