Gəncədə kişi arvadını BIÇAQLADI: Ürəyi soymadı ÇƏKİCLƏ DÖYDÜ

 25-04-2022

Gəncə şəhərində kişi arvadına bıçaqla xəsarət yetirib və çəkiclə döyüb.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü X.Qəhrəmanov həyat yoldaşı, 1969-cu il təvəllüdlü A.Qəhrəmanovaya bıçaqla xəsarət yetirib, daha sonra onu çəkiclə döyüb.

O, başın kəsilmiş-deşilmiş yarası və digər xəsarətlər alıb. Qadın döyülməsi ilə bağlı polisə müraciət edib.

Gəncə şəhərində kişinin arvadına bıçaqla xəsarət yetirməsi, daha sonra çəkiclə döyməsi barədə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Müəyyən ekspertizalar təyin edilib. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisə məişət zəmində baş verib.

Bənzər yazılar

0.92449188232422