Mariupolda 20 mindən çox dinc sakin həlak olub: Müharibədə 213 azyaşlı uşaq ölüb, 389 körpə isə yaralanıb

 24-04-2022

Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib.

Boyçenko, həmçinin qeyd edib ki, qarşı tərəf şəhərdən təxliyə prosesinə əngəl törədir.

"Biz başa düşürük ki, 100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar”, - mer qeyd edib.

Bundan əvvəl BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.

Onu da qeyd edək ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 213 uşaq ölüb. Bununla yanaşı, 389 uşaq xəsarət alıb. Baş Prokurorluq bu rəqəmlərin yekun olmadığını vurğulayıb.

uk1 uk2 uk3 uk4 uk5 uk6

 

 

Bənzər yazılar

0.21062183380127