Rus ordusunun zərbəsi nəticəsində ANA VƏ 3 AYLIQ KÖRPƏSİ ÖLÜB - FOTOLAR

 24-04-2022

Ukrayna prezidenti Zelenski aprelin 23-də Odessada bir binanın raketlə vurulması nəticəsində ölənlər arasında ana və onun üç aylıq körpəsinin də olduğunu bildirib.

MillətinSəsi.info xəbər verir ki, BBC Ukrayna xidmətinin jurnalisti Myroslava Petsa ananın adının Valeriya, yeni doğulan körpəsinin adının isə Kira olduğunu deyib.

Jurnalistlər həmçinin, sosial şəbəkələrdə ana və uşağın şəkillərini də yerləşdiriblər.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın cənubdakı liman şəhərində yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində 8 nəfər həlak olub.

Bənzər yazılar

0.47754406929016