Dövlət Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb.
“Unikal” xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.
1999-cu ildən Dövlət Gömrük Komitəsində işləyən Mirqasım Vahabov 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub.
1974–1976-cı illərdə ordu sıralarında xidmət keçib. 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1999-cu ilə qədər Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb.
1999-cu ildə Dövlət Gömrük Komitəsində Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub, gömrük xidməti polkovniki xüsusi rütbəsi verilib.
24 yanvar 2007-ci il tarixindən Mirqasım Vahabova gömrük xidməti general-mayor xüsusi ali rütbəsi verilib.