Hollivud aktrisası qeyri-adi libasda İtaliyanı GƏZİB

 29-12-2022

Hollivud aktrisası Keyt Bekinseyl qeyri-adi libasda İtaliyanı gəzib.

49 yaşlı Keyt Bekinseyl şəxsi bloqunun abunəçilərinə yeni paltarını nümayiş etdirib. Fotoda aktrisa qeyri-adi parlaq materialdan hazırlanmış həcmli qara mini paltarda pozalar verib.

Ulduz görünüşünü bəbir naxışlı uzun corab, qalın platformalı ayaqqabı və saçındakı qara aksesuarla tamamlayıb.

“Nahara gedərkən paltarımda səkkiz salat və bir balqabaq yetişdirə bildirim”, - deyə aktrisa ironik şəkildə paylaşıma qeyd edib.

Onun geyimini sosial şəbəkələrdə zibil torbası ilə müqayisə ediblər.

“Kate Bekinseyl zibil torbasında cazibədar görünməyi bacarır”, “Belə bir bədən quruluşu ilə hər şeyi geyinə və əla görünə bilərsən”, “İlk dəfə zibil torbası geyinən və içində seksual görünən adam görürəm”, - deyə izləyicilər yazıblar.

Mənbə: Daily Mail

Bənzər yazılar

0.76926302909851