DGK sədrinin daha bir müavini vəzifəsindən AZAD EDİLİB

 28-12-2022

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin daha bir müavini - İqbal Babayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, general İqbal Babayevə bir neçə il öncəUkraynanın Gömrük işi və Maliyyə Universitetinin 2022-ci il iyun ayının Elmi Şurasının qərarı ilə Gömrük Universitetləri Assosiasiyasının prezidenti, Avstraliyanın Çarlz Sterta Universitetinin professoru Devid Viddovsona, Latviyanın keçmiş gömrük xidmətinin rəhbəri, Riqa Texniki Universitetinin Gömrük və Vergi kafedrasının müdiri, professor Ayvars Krastınışa və ona Universitetin “Fəxri doktoru” adı verilib.

Bu, İ. Babayevin Ukrayna Universitetində 2-ci "Fəxri doktor" adıdır.
 
O, ilk dəfə 2010-cu ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Elmi Şurasının qərarı ilə bu Universitetin "Fəxri doktor"u adına layiq görülüb.
 
Universitetdə Layihələrin İdarə olunması və İnformasiya Texnologiyaları kafedrasının yaradıcılarından biri olan İ. Babayev bir sıra dərsliklərin də müəllifidir.
 
O, SSRİ məkanında ilk dəfə olaraq 800 səhifəlik dərslik hazırlayıb. Bu dərslik bütün dünyada satılan kitablardan biridir.

Əlavə edək ki,Ukraynanın Gömrük işi və Maliyyə Dövlət Universiteti (http://umsf.dp.ua) 1996-cı ildə Ukrayna Prezidenti L.Kuçmanın Fərmanı ilə Ukraynanın Dnepr şəhərində yaradılıb. Universitetdə gömrük sahəsində bakalavr, magistr pillələri ilə yanaşı və elmi işçilər hazırlanır. Burada Avropa, Amerika, Afrika, Yaxın Şərq, Hindistan və MDB ölkələrindən tələbələr təhsil alırlar.
 
Xatırladaq ki, İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Bənzər yazılar

0.26174807548523